23/07/2012

"Sumqayıt" "Kayseri Erciyesspor"la yoxlama oyunu keçirəcək


2012/2013 mövsümü üçün hazırlığını Türkiyədə davam etdirən "Sumqayıt" Futbol Klubu bu gün qonşu ölkədə ilk yoxlama görüşünə çıxacaq. Komandamızın rəqibi Bank Asya 1-ci liqada mübarizə aparan "Kayseri Erciyesspor" olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, "Sumqayıt" FK Türkiyədə daha iki yoxlama oyunu keçirəcək. İyulun 26-da "Kayserispor"la üz-üzə gələcək Bernhard Raabın komandası iyulun 28-də "1461 Trabzon" klubunu sınağa çəkəcək.