23/07/2012

"Sumqayıt"ın əvəzediciləri "Xəzər Lənkəran"dan üstün olub


2012/2013 mövsümünə hazırlığı davam etdirən "Sumqayıt" Futbol Klubunun əvəzediciləri növbəti yoxlama oyununu keçirib. Masazır qəsəbəsində yerləşən "Əlincə" stadionunda "Xəzər Lənkəran"ın əvəzedici komandası ilə üz-üzə gələn Vaqif Paşayevin yetirmələri 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızdan qolları Şəmsi Əlisoylu və İsa Zeynallı vurub.

Qeyd edək ki, "Sumqayıt" FK-nun əvəzediciləri buna qədər "Bakı" (2:3) və "Qəbələ" ilə (2:1) yoxlama oyunu keçirmişdi.