19/07/2012

Əvəzedicilər “Qəbələ”ni məğlub edib


2012/2013 mövsümü üçün hazırlığını davam etdirən “Sumqayıt” Futbol Klubunun əvəzedici komandası növbəti yoxlama oyununa çıxıb. Vaqif Paşayevin yetirmələri “Qəbələ”nin əvəzedicilərini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Qollardan birini Şəmsi Əlisoylu vurub, digər top isə avtoqol nəticəsində “Qəbələ”nin qapısından keçib.

Qeyd edək ki, “Sumqayıt” FK-nun əvəzediciləri ötən həftə “Bakı” ilə üz-üzə gəlmişdi (2:3).