18/07/2012

“Sumqayıt” FK-nun Türkiyədəki sparrinq rəqibləri müəyyənləşib


2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt” Futbol Klubunun ölkə xaricində təlim-məşq toplanışı keçəcəyi barədə xəbər vermişdik. Bernhard Raabın rəhbərlik etdiyi komanda iyulun 21-dən 30-dək Türkiyənin Nevşehir bölgəsində hazırlıq keçəcək. “Sumqayıt” FK Türkiyədə üç yoxlama oyununda qüvvəsini sınayacaq. İyulun 24-də baş tutacaq görüşdə komandamız ilk olaraq “Kayseri Erciyespor”la üz-üzə gələcək. “Sumqayıt” FK iyulun 26-da isə “Ankaragücü” ilə qüvvəsini sınayacaq. Komandamız son yoxlama oyununu iyulun 28-də Bank Asiya 1-ci liqaya vəsiqə qazanmış “1461 Trabzon” klubuna qarşı keçirəcək.

Xatırladaq ki, “Sumqayıt” Avanos vilayətində yerləşən “Avrasiya” otelində məskunlaşacaq.