18/07/2012

Əvəzedicilər “Qəbələ” ilə yoxlama oyunu keçirəcək


2012/2013 mövsümü üçün hazırlığını davam etdirən “Sumqayıt” Futbol Klubunun əvəzedici komandası növbəti yoxlama oyununa çıxacaq. Vaqif Paşayevin yetirmələri sabah “Qəbələ”nin əvəzedicilərini sınağa çəkəcək. Qarşılaşma saat 10:00-da Masazır qəsəbəsində yerləşən “Əlincə” stadionunda baş tutacaq.

Qeyd edək ki, “Sumqayıt” FK-nun əvəzediciləri ötən həftə “Bakı” ilə üz-üzə gəlmişdi (2:3).