08/09/2011

U-15 komandamız heç-heçə edib


Yeni mövsümün hazırlığını davam etdirən “Sumqayıt Şəhər” klubunun 15 yaşadək futbolçulardan ibarət komandası “Qarabağ”lı həmyaşıdları ilə yoxlama oyunu keçirib. “Sərhədçi” Olimpiya İdman Kompleksinin meydançasında baş tutan oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın yeganə qolunun müəllifi Rəhman Məmmədov olub.