16/07/2012

“Sumqayıt” FK “Səmtləşmə” yarışının qalibi olub


Qubada “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə “Səmtləşmə” yarışı keçirilib. Yarışda “Azərikimya” İstehsalat Birliyinin 7 komandası, media nümayəndələrindən təşkil olunmuş komanda, MOR reklam şirkəti və “Sumqayıt” Futbol Klubunun komandası iştirak edib. “Səmtləşmə” yarışı iki gün müddətində davam edib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunun qalibi “Sumqayıt” Futbol Klubunun komandası olub. Qalib komandalara diplomlar, müxtəlif hədiyyələr və pul mükafatı təqdim olunub. Yarışın mükafatlandırma mərasimində “Azərikimya” İstehsalat Birliyinin və “Sumqayıt” Futbol Klubunun rəhbərliyi iştirak edib.