16/07/2012

“Sumqayıt”ın U-13 komandası AZAL-la heç-heçə edib


2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt” Futbol Klubunun akademiyası yoxlama oyunları keçirməkdə davam edir. Bu dəfə “Sumqayıt” U-13 komandası AZAL-la qarşılaşıb. Görüş 5:5 hesabı ilə yekunlaşıb. Komandamızdan qolları Osman Əliyev (2 qol), Asif Hacıyev, Fuad Hüseynov və Sahib Cümşüdov vurub.