14/07/2012

Əvəzedicilər “Bakı” ilə yoxlama oyunu keçirib


2012/2013 mövsümü üçün hazırlığını davam etdirən “Sumqayıt” Futbol Klubunun əvəzedici komandası “Bakı”nın əvəzediciləri ilə yoxlama oyunu keçirib. “Bakı” Futbol Klubunun təlim-məşq bazasında baş tutan görüşdə meydan sahibləri 3:2 hesabı ilə qələbə qazanıb. Komandamızdan qolları Elmir Ağayev və Bayram Nuruzadə vurub.