14/07/2012

“Sumqayıt” FK ilk turda AZAL-ı qəbul edəcək


Bu gün Unibank Premyer Liqasının 2012/2013 mövsümünün püşkatma mərasimi keçirilib. “Sumqayıt” Futbol Klubu ilk turda doğma azarkeşləri qarşısında AZAL-ı qəbul edəcək. Qeyd edək ki, Premyer Liqada ilk turun oyunları 4-5 avqust tarixlərində keçiriləcək.
Püşkatmanın nəticəsinə görə birinci turda qarşılaşmalar aşağıdakı kimi qərarlaşıb:

"SUMQAYIT" – AZAL
"Neftçi" – "Bakı"
"İnter" – "Qarabağ"
"Simurq" – "Qəbələ"
"Rəvan" – "Xəzər Lənkəran"
"Kəpəz" – "Turan"