13/07/2012

“Sumqayıt” Futbol Klubu Türkiyədə təlim-məşq toplanışı keçəcək


2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt” Futbol Klubu ölkə xaricində təlim-məşq toplanışına yollanacaq. Bernhard Raabın rəhbərlik etdiyi komanda iyulun 21-dən 30-dək Türkiyənin Nevşehir bölgəsində hazırlıq keçəcək. Komandamız Avanos vilayətində yerləşən “Avrasiya” oteldə məskunlaşacaq. “Sumqayıt” FK Türkiyədə üç yoxlama oyunu keçirməyi planlaşdırır. Sparrinq rəqiblər barəsində klubun rəsmi saytı məlumat verəcək.