12/07/2012

“Sumqayıt” FK doğma arenada məşqlərini davam etdirir


2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt” Futbol Klubu məşqlərini fasiləsiz davam etdirir. Səhər saatlarında dəniz kənarında fiziki hazırlıq üzərində çalışan komanda saat 11:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxıb. “Sumqayıt”la ikiillik müqavilə imzalayan Ramil Həşimzadə artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov isə U-19-un heyətindən qayıdaraq hazırlığa start verib. Bərpa prosesi keçən Uğur Pamuk və Taner Taktak fərdi məşqlərlə kifayətlənməkdədir. Hər iki futbolçunun sabahdan etibarən komanda ilə birlikdə məşqlərə başlayacağı gözlənilir.