20/06/2012

“Sumqayıt” Futbol Klubu 5 futbolçu ilə müqavilə imzalayıb


2011/2012 mövsümündə əvəzedici komandada uğurlu çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən Aydın Qasımov, Arif Vəliyev, Bəxtiyar Həsənəlizadə, Ayaz Mehdiyev və Aqşin Muxtaroğlu əsas komandaya cəlb olunublar. Adları çəkilən futbolçuların hər biri “Sumqayıt” Futbol Klubu ilə ikiillik müqavilə imzalayıb.
Qeyd edək ki, Bəxtiyar Həsənəlizadə müdafiəçi, Aydın Qasımov, Ayaz Mehdiyev, Aqşin Muxtaroğlu yarımmüdafiəçi, Arif Vəliyev isə hücumçudur.