20/06/2012

Slavik Alxasov karyerasını “Sumqayıt” FK-da davam etdirəcək


“Sumqayıt” Futbol Klubu transfer çalışmalarını davam etdirir. Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev, Ceyhun Sultanov, Fərid Quliyev, Səlahət Ağayev, Elçin Sadıqov və Məhəmməd Əli Atamı heyətinə qatan komandamız “Neftçi”dən icarəyə götürdüyü Slavik Alxasovla müqaviləsini yeniləyib. Transfer hüququ paytaxt klubuna məxsus olan 19 yaşlı sol cinah müdafiəçisi “Sumqayıt” FK ilə 1 illik müqaviləyə imza atıb. 

Qeyd edək ki, Slavik Alxasov 2011/2012 mövsümündə “Sumqayıt” Futbol Klubunun heyətində Unibank Premyer Liqasında 20 qarşılaşmada forma geyinib və 1474 dəqiqə meydanda olub.