18/06/2012

“Sumqayıt” FK-nun çimərlik komandası turnirin final mərhələsinə yüksəlib


“Sumqayıt” Futbol Klubunun çimərlik üzrə komandası AFFA-nın və Çimərlik Futbol Federasiyasının Sumqayıtda təşkil etdiyi turnirin qrup mərhələsini maksimum nəticə ilə başa vurub. Vəfadar Quliyevin başçılıq etdiyi komanda “Azərboru”nu 11:2, “Təhsil SİM”i 4:2 və Təhsil Şöbəsinin yığma komandasını 9:3 hesabı ilə məğlub edərək turnirin final mərhələsinə yüksəlib.