13/06/2012

“Sumqayıt” Futbol Klubu 2011/2012 mövsümü – Xronologiya


7 iyul 2011-ci il – Bernhard Raab “Sumqayıt” Futbol Klubunun baş məşqçisi təyin olunub.
9 iyul 2011-ci il – Vaqif Paşayev əvəzedici komandaya baş məşqçi təyin olunub.
11 iyul 2011-ci – “Sumqayıt” FK Avstriyaya təlim-məşq toplanışına yollanıb.
3 avqust 2011-ci il – “Sumqayıt” FK-nun rəsmi fanklubu yaradılıb.
6 avqust 2011-ci il – “Sumqayıt” FK Unibank Premyer Liqasında ilk oyununa çıxıb və Eşqin Quliyev 2011/2012 mövsümündə klubumuzun ilk qoluna imza atıb.
8 avqust 2011-ci il – “Sumqayıt” FK-nun rəsmi saytı istifadəyə verilib.
14 avqust 2011-ci il – Premyer Liqanın 2-ci turunda “Sumqayıt” FK-nun yarımmüdafiəçisi Orxan Əliyev “Qəbələ”yə vurduğu qolla Azərbaycan futbolunun tarixinə düşüb. 15 yaşlı futbolçu Premyer Liqada qol vuran ən gənc futbolçu olub.
14 avqust 2011-ci il – Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qəbələ” ilə qarşılaşmanı rekord sayda azarkeş izləyib (8000 tamaşaçı).
21 avqust 2011-ci il – “Sumqayıt” FK Premyer Liqanın 3-cü turu çərçivəsində “Neftçi” ilə qarşılaşmada ilk böyükhesablı məğlubiyyətini alıb (0:4).
26 avqust 2011-ci il – Əvəzedici komanda çempionatda ilk qələbəsini qazanıb (“İnter” üzərində 2:0).
11 sentyabr 2011-ci il – “Sumqayıt” FK Premyer Liqada “Qarabağ”la qarşılaşmada ilk xalını qazanıb (0:0).
18 sentyabr 2011-ci il – “Sumqayıt” FK Premyer Liqada “Rəvan”la görüşdə ilk səfər xalını qazanıb (0:0).
30 oktyabr 2011-ci il – “Sumqayıt” FK Premyer Liqada ilk qələbəsi qazanıb (AZAL üzərində 2:1).
5 noyabr 2011-ci il – “Sumqayıt” FK Premyer Liqada ilk səfər qələbəsini “Qarabağ”la (2:1) oyunda alıb. 
11 dekabr 2011-ci il – “Sumqayıt” FK 2011/2012 mövsümündə ilk böyükhesablı qələbəsinə "Kəpəz"lə görüşdə imza atıb (4:1).
19 yanvar 2012-ci il – “Sumqayıt” FK Antalyaya təlim-məşq toplanışına yola düşüb.
22 yanvar 2012-ci il - “Sumqayıt” FK Antalyada təlim-məşq toplanışı zamanı laktat testdən keçib.
3 mart 2012-ci il – “Sumqayıt” FK-nun “internet televiziyası” fəaliyyətə başlayıb. “Sumqayıt” – “Xəzər-Lənkəran” oyunu ilk dəfə saytımız vasitəsi ilə canlı yayımlanıb.
15 aprel 2012-ci il – “Sumqayıt” FK 2012-ci ildə ilk qələbəsini qazanıb (“Kəpəz” üzərində 2:0).
9 may 2012-ci il – Ayaz Mehdiyev əvəzedici komandada 50-ci qolun müəllifi olub.
12 may 2012-ci il – “Sumqayıt” FK mövsümü “Rəvan” üzərindəki 2:3 hesablı məğlubiyyətlə başa vurub.