11/06/2012

Aslan Kərimova uğurlar arzulayırıq


“Sumqayıt” Futbol Klubunun məşqçilər korpusunda dəyişiklik edilib. Belə ki, Azərbaycan millisinin sabiq kapitanı 2011/2012 mövsümündə baş məşqçi Bernhard Raabın köməkçisi vəzifəsində çalışmış Aslan Kərimovla yollar rəsmən ayrılıb. 

Bildiyiniz kimi, 39 yaşlı mütəxəssis Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Nikolay Adamın köməkçisi vəzifəsində çalışır. Kərimov bütün vaxtını yığma komandaya sərf etmək istəyini və AFFA-dakı fəal iş fəaliyyətini nəzəra alaraq, federasiyada qalmağı üstün tutub.

“Sumqayıt” Futbol Klubunun rəhbərliyi milli komandanın mənafeyini nəzərə alaraq, Aslan Kərimova gələcək işlərində uğurlar arzulayıb və onunla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Aslan Kərimova “Sumqayıt” Futbol Klubunda göstərdiyi bütün əməklərinə görə, təşəkkür edirik.