11/06/2012

“Sumqayıt” FK-nun çimərlik komandası yaradılıb


“Sumqayıt” Futbol Klubunun çimərlik üzrə komandası yaradılıb. Çimərlik komandasına Vəfadar Quliyev başçılıq edəcək. Komandamız AFFA-nın və Çimərlik Futbol Federasiyasının Sumqayıtda təşkil edəcəyi turnirdə iştirak edəcək. A qrupunda mübarizə aparacaq “Sumqayıt” FK-nun çimərlik komandası “Təhsil SİM”, “Təhsil Şöbəsinin yığma komandası” və “Azərboru” ilə qarşılaşacaq. Komandamız ilk oyununu bu gün saat 18:00-da “Azərboru”ya qarşı keçirəcək. Təqvimi nəzərinizə çatdırırıq.

Qeyd edək ki, "Sumqayıt" Futbol Klubu Premyer Liqada çimərlik komandası olan yeganə klubdur.

11 iyun
18:00 Azərboru – Sumqayıt FK
18:40 Təhsil SİM – Təhsil Şöbəsinin yığma komandası

14 iyun
18:00 Təhsil Şöbəsinin yığma komandası – Azərboru
18:40 Təhsil SİM – Sumqayıt FK

16 iyun
18:00 Azərboru – Təhsil SİM
18:40 Təhsil Şöbəsinin yığma komandası – Sumqayıt FK