07/09/2011

Azarkeşlərimizə təşəkkür edirik!


Avro-2012-nin seçmə mərhələsi çərçivəsində dünən Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisi Qazaxıstan yığmasını qəbul edib. Qarşılaşma 3:2 hesabı ilə millimizin xeyrinə başa çatıb.

Bu oyunda “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubunun azarkeş qrupu da millimizi dəstək üçün mərkəzi arenada öz yerlərini tutmuşdular. Klubun rəhbərliyi yığmamızı sona qədər dəstəklədiyi üçün fanatlara öz təşəkkürünü bildirir.