06/06/2012

U-21 əzmkar qələbə qazanıb


21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Reykyavik şəhərindəki KR Vellur stadionunda İslandiya – Azərbaycan oyunu keçirilib. Qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Komandamızdan qolları Araz Abdullayev və Cavid İmamverdiyev vurub. Bu qarşılaşmada “Sumqayıt” Futbol Klubunun 3 futbolçusu – Bədavi Hüseynov, Abdulla Abatsiyev və Tərlan Quliyev iştirak edib.

Bundan başqa, iyunun 10-dan 20-ə qədər Litvanın Palanqa şəhərində təşkil olunacaq təlim-məşq toplanışı üçün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. “Sumqayıt” Futbol Klubunun 4 futbolçusu – Emil Balayev, Şamil Cəmaləddinov, Samir Yusifov və Orxan Əliyev U-19-un heyətinə çağırılıb.