04/06/2012

Əvəzedici komandada seleksiya xarakterli toplanışı olub


Yeni mövsüm üçün hazırlığa start verən “Sumqayıt” Futbol Klubunun əvəzedici komandası Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda seleksiya xarakterli toplanış keçirib. Məşq prosesində 100-dən artıq futbolçu iştirak edib. Seleksiya toplanışı ilə bağlı komandanın baş məşqçisi Vaqif Paşayevin fikirlərini öyrəndik: “Yeni mövsüm üçün heyətin komplekləşdirilməsi ilə məşğuluq. “Sumqayıt Futbol Klubunun aşağı yaş qruplarında çıxış edən futbolçuların seleksiyasına başlamışıq. Açığı, bir neçə futbolçunu bəyənmişəm. Onların məşqçiləri ilə görüşüb məsləyə aydınlıq gətirdik. Belə ki, klubun akademiyasından bəyəndiyimiz futbolçular növbəti mövsümdə həm bizim, həm də akademiyanın çempionat oyunlarında komandalarına kömək edəcəklər. Əsasən, 1995, 1996 və 1997-ci il təvəllüdlü futbolçuları heyətimizə qatacağıq”.