31/05/2012

Ceyhun Sultanov “Sumqayıt”da 10 nömrəli formanı geyinəcək


“Sumqayıt” Futbol Klubu növbəti transferini reallaşdırıb. Aftandil Hacıyev, Emin Cəfərquliyev və Sabir Allahquliyevin ardından başa çatan mövsümü “Kəpəz”də keçirmiş Ceyhun Sultanov klubumuzla 1 illik müqavilə imzalayıb. 32 yaşlı futbolçu “Sumqayıt”da 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Ceyhun Sultanov ötən mövsüm “Kəpəz”in heyətində Premyer Liqada 24 qarşılaşmada 5 qola imza atıb. O, həmçinin 14 dəfə A milli komandamızın formasını geyinib və rəqib qapılarından 1 top keçirib.