31/05/2012

Uğur Pamuk A millidə debüt edib


“Sumqayıt” Futbol Klubunun yarımmüdafiəçisi Uğur Pamuk A millinin heyətində debüt edib. 1989-cu il təvəllüdlü futbolçu Andorra ilə qarşılaşmada (0:0) 20 dəqiqə meydanda olub.

Qeyd edək ki, Uğur “Sumqayıt” FK-nun heyətində başa çatan mövsümdə Premyer Liqada 14 qarşılaşmada (963 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 2 top keçirib.