07/09/2011

Dörd futbolçumuz Belçika ilə oyunda iştirak edib


21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində dünən Belçikanın Antverpen şəhərindəki Olimpiya stadionunda Belçika və Azərbaycan yığmaları üz-üzə gəlib. Qarşılaşma 4:1 hesabı ilə Belçika yığmasının xeyrinə başa çatıb. Komandamızın heyətində Cavid İmamverdiyev fərqlənib.

Bu qarşılaşmada “Sumqayıt Şəhər”in 4 futbolçusu forma geyinib. Bədavi Hüseyniov və Eşqin Quliyev oyuna start onbirliyində başlayıb. Emin Mustafayevlə Orxan Həsənov isə meydançaya ikinci hissədə daxil olublar.