29/05/2012

“Sumqayıt” FK-nın növbəti transferi: Sabir Allahquliyev


Aftandil Hacıyev və Emin Cəfərquliyevin ardından “Sumqayıt” Futbol Klubu daha bir futbolçunu heyətinə qatıb. Sumqayıt Futbol Məktəbinin yetirməsi olan və 2011/12 mövsümünü “Kəpəz”də keçirmiş Sabir Allahquliyev komandamızla 1+1 sistemi üzrə müqavilə imzalayıb.

Qeyd edək ki, 24 yaşlı Sabir Allahquliyev ötən mövsüm Gəncə təmsilçisinin heyətində Premyer Liqada 27 qarşılaşmada meydana çıxıb və rəqib qapılarından 3 top keçirib.