29/05/2012

Emin Cəfərquliyev “Sumqayıt”la müqavilə imzalayıb


Aftandil Hacıyevin ardından “Sumqayıt” Futbol Klubu 1990-cı il təvəllüdlü Emin Cəfərquliyevi də heyətinə qatıb. Son olaraq “Simurq”da çıxış etmiş (12 oyun) 22 yaşlı futbolçu komandamızla 1+1 sistemi üzrə müqavilə imzalayıb.

“Doğma şəhərim olan “Sumqayıt”a qayıtdığım üçün xoşbəxtəm. Bu şəhərin komandası olan “Gənclərbirliyi”ndə məşq etsəm də, rəsmi oyunlara çıxmamışdım. Bu komanda ilə Premyer Liqada debüt etməyi səbirsizliklə gözləyirəm”, - deyə Emin Cəfərquliyev klubun rəsmi saytına açıqlama verib.

U-17, U-19, U-21 və 1 dəfə Azərbaycanın A milli komandasının (Bəhreynlə qarşılaşma) formasını geyinmiş Emin Cəfərquliyev “Neftçi”, “Karvan”, “Bakı” və MOİK-in şərəfini qoruyub.