29/05/2012

Aftandil Hacıyev “Sumqayıt”da!


“Sumqayıt” Futbol Klubu növbəti transferini rəsmiləşdirib. 2011/12 mövsümündə “Turan”da çıxış etmiş 1981-ci il təvəllüdlü Azərbaycan millisinin sabiq müdafiəçisi komandamızla 1 illik müqavilə imzalayıb.

“Sumqayıt Azərbaycanın futbol ənənələri ilə zəngin olan şəhəridir. Bu şəhərin futbol komandasında çıxış etmək mənim üçün fəxrdir. İnşallah, gələn mövsüm uğurlu çıxış edib azarkeşlərimizə sevinc bəxş edərik. “Sumqayıt” Futbol Klubunun rəhbərliyinə məni komandalarına dəvət etdiklərinə görə minnətdaram”, - deyə Aftandil Hacıyev klubun rəsmi saytına açıqlama verib.

Karyerası ərzində “Turan”dan başqa, “Şəfa”, “Neftçi” və “Qarabağ”ın formasını geyinmiş Aftandil Hacıyev 22 dəfə Azərbaycan millisinin şərəfini qoruyub.