25/05/2012

Uğur Pamuk A milli komandaya çağırılıb


Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətinə daha 3 futbolçu çağırılıb. Yığmanın baş məşqçisi Berti Foqts Vurğun Hüseynov («Qəbələ») və Vüqar Əsgərovdan («Metallurq» Liepaya, Latviya) başqa, “Sumqayıt” Futbol Klubunun yarımmüdafiəçisi Uğur Pamuka da dəvət göndərib.

Qeyd edək ki, millimiz mayın 30-da Bakı vaxtı ilə saat 20:00-da Almaniyanın Frankfurt şəhərindəki «Viktoria Kelsterbach» stadionunda Andorra ilə yoldaşlıq görüşü keçirik.

Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün tibbi test verəcək. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində Frankfurtda toplanışda olan “Sumqayıt” FK-nın üç üzvü Bədavi Hüseynov, Hacı Əhmədov və Murad Ağayevdən başqa, Amit Quluzadə, Səlahət Ağayev, Araz Abdullayev də testdə iştirak edəcək. Testdən sonra adları qeyd olunmuş futbolçular U-21-in düşərgəsinə dönəcək.