22/05/2012

“Sumqayıt” Futbol Klubu Statistikalarla


“Sumqayıt” Futbol Klubunun Unibank Premyer Liqasında mübarizə aparan digər klublardan kəskin fərqi var. Gənclərdən təşkil olunmuş komandanın əsas məqsədi Azərbaycan futboluna xidmət etməkdir. Təcrübəli futbolçular Mahmud Qurbanovla Samir Abasov da öz bacarıqlarını gənclərlə bölüşüblər. Bernhard Raabın rəhbərlik etdiyi kollektiv 2011/12 mövsümündə futbolsevərləri təəccübləndirməyi bacarıb. İlkin mərhələdə “Qarabağ” kimi güclü rəqiblə görüşlərdə 4 xal toplayan gənclik şəhərinin təmsilçisi Premyer Liqanın final mərhələsində 9 xal toplayıb. 

Kamil Nurəhmədov 32 oyunun hamısında meydanda olub
“Sumqayıt” başa çatan mövsümdə 32 futbolçunun xidmətindən yararlanıb. Komandanın heyətində legioner futbolçu yer almır. Baş məşqçi Bernhard Raabın ən çox güvəndiyi futbolçu U-21-in üzvü Kamil Nurəhmədovdur. Komandanın qol ümidi olan 21 yaşlı forvard bütün qarşılaşmalarda meydana çıxıb və 2211 dəqiqə mübarizə aparıb. Almaniyalı mütəxəssisin ən az şans verdiyi futbolçu isə qışda “Rəvan”a transfer olunan Ramil Nuriyevdir (1 dəqiqə).

Kamil Nurəhmədov – 32 (2211 dəq.)
Andriy Popoviç – 29 (2538)
Samir Abasov – 28 (2438)
Ruslan Tağızadə - 28 (2431)
Bədavi Hüseynov – 26 (2295)
Emin Mustafayev – 24 (1569)
Hacı Əhmədov – 21 (1890)
Ramil Həşimzadə - 21 (1098)
Timur İsrafilov – 20 (1538)
Slavik Alxasov – 20 (1474)
Orxan Əliyev – 20 (1426)
Eşqin Quliyev – 18 (1031)
Mahmud Qurbanov – 17 (1165)
Orxan Həsənov – 17 (734)
Abdulla Abatsiyev – 16 (1282)
Ruslan Qurbanov – 15 (965)
Uğur Pamuk – 14 (963)
Murad Səttarlı – 13 (619)
Eldar Məmmədov – 12 (789)
Tərlan Quliyev – 10 (839)
Samir Abdulov – 10 (369)
Yasin Abbasov – 6 (297)
Murad Ağayev – 4 (360)
Sahil Kərimov – 4 (339)
Ruslan Nəsirli – 4 (82)
Aleksandr Qross – 4 (181)
Şamil Camaləddinov – 4 (118)
Bəxtiyar Həsənalızadə - 3 (235)
Aqil Məmmədov – 3 (84)
Rəşad Kərimov – 2 (132)
Samir Yusifov – 1 (63)
Ramil Nuriyev – 1 (1)

Orxan Əliyev ən sərrast futbolçudur
“Sumqayıt” Futbol Klubu başa çatan mövsümdə 27 dəfə rəqib qapılarına yol tapıb. Komandanın ən məhsuldar futbolçusu 19 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü Orxan Əliyevdir. 17 yaşlı forvard Unibank Premyer Liqasında 5 qol vurub. Orxandan sonra ikinci ən sərrast futbolçu Kamil Nurəhmədovdur. Nurəhmədov biri penaltidən olmaqla 4 dəfə qol sevinci yaşayıb. Ümumiyyətlə, komandanın vurduğu 27 qolda 13 futbolçunun imzası var. Kapitan Samir Abasov isə 3 dəfə komandasına sevinc bəxş edib. Komandanın buraxdığı qollara gəlincə, 29 oyunda çərçivəni qoruyan Andriy Popoviç 41 dəfə topu tordan çıxarmalı olub. İkinci qapıçı Sahil Kərimov isə biri penaltidən olmaqla 11 dəfə məyus olub.

Vurulan qollar: Orxan Əliyev – 5, Kamil Nurəhmədov – 4 (1/1), Samir Abbasov – 3, Eldar Məmmədov – 2, Emin Mustafayev – 2 (2/1), Eşqin Quliyev – 2 (1/1), Ruslan Qurbanov – 2, Uğur Pamuk – 2, Murad Səttarlı – 1, Orxan Həsənov – 1, Samir Abdulov – 1, Timur İsrafilov – 1, Yasin Abbasov – 1.

Buraxılan qollar: Andriy Popoviç – 41 (4/2), Sahil Kərimov – 11 (1/1).

“Sumqayıt” Premyer Liqanın ən intizamlı komandaları sırasında
Gənclərdən təşkil olunan “Sumqayıt”ın daha çox sarı və ya qırmızı vərəqə alaraq qayda pozuntusuna yol verməsi gözlənilsə də, komandaya almaniyalı məşqçinin rəhbərlik etməsi gümanları alt-üst edib. Almaniyalı mütəxəssis Bernhard Raab komandada alman nizam-intizamı yarada bilib. Belə ki, onun komandası Unibank Premyer Liqasının ən intizamlı kollektivlərindən biridir. Sumqayıt təmsilçisinin passivində cəmi 4 qırmızı, 55 sarı vərəqə var. Vaxtından əvvəl meydanı tərk edən futbolçular – Andriy Popoviç, Eşqin Quliyev, Tərlan Quliyev və Ramil Həşimzadədir.

Sarı vərəqələr: Abdulla Abatsiyev – 6, Ramil Həşimzadə - 6, Ruslan Tağızadə - 5, Samir Abbasov – 4, Andriy Popoviç – 3, Kamil Nurəhmədov – 3, Murad Ağayev – 3, Orxan Həsənov – 3, Ruslan Qurbanov – 3, Timur İsrafilov – 3, Uğur Pamuk – 3, Emin Mustafayev – 2, Slavik Alxasov – 2, Bədavi Hüseynov – 1, Eldar Məmmədov – 1, Eşqin Quliyev – 1, Hacı Əhmədov – 1, Mahmud Qurbanov – 1, Murad Səttarlı – 1, Orxan Əliyev – 1, Şamil Camaləddinov – 1, Samir Abdulov – 1, Yasin Abbasov – 1.

Qırmızı vərəqələr: Andriy Popoviç – 1, Eşqin Quliyev – 1, Tərlan Quliyev – 1. Ramil Həşimzadə - 1.

Final mərhələsində qazanılan 9 xal
Bernhard Raabın komandası Unibank Premyer Liqasının ilk 10 turunda cəmi 3 xal qazana bilib. Tədricən özünə gələn “Sumqayıt” ilk qələbəsini AZAL-la oyunda bayram edib (2:1). Hərçənd buna qədər “Qarabağ”dan bir xal alan komandanın oyununda müsbət irliləyiş hiss olunurdu. “Təyyarəçilər”dən sonra Ağdam səfərindən də 3 xalla qayıdan “Sumqayıt” qış fasiləsinədək aktivinə daha 2 qələbə əlavə edib.

Final mərhələsinin ilk 3 turunda məğlub olan Sumqayıt təmsilçisi “Turan” və AZAL-la heç-heçədən sonra doğma azarkeşləri qarşısında “Kəpəz”dən üstün olub (2:0). Zaqatalada “Simurq”a məğlubiyyətin ardından Tovuzda “Turan”la heç-heçə edən (1:1) "göy-ağlar" daha sonra “Dalğa Arena”da AZAL-ı minimal hesabla üstələyib. “Sumqayıt” son turda “Rəvan”la qarşılaşmada hesabda 2:0 irəlidə olsa da, qalan dəqiqələrdə qapısından 3 top buraxaraq mövsümü məğlubiyyətlə başa vurub.

İlkin mərhələ
"Xəzər Lənkəran" – "Sumqayıt" 2:1
"Sumqayıt" – "Qəbələ" 1:2
"Neftçi" – "Sumqayıt" 4:0
"Sumqayıt" – "Qarabağ" 0:0
"Sumqayıt" – "İnter" 0:2
"Rəvan" – "Sumqayıt" 0:0
"Sumqayıt" – "Simurq" 0:1
"Kəpəz" – "Sumqayıt" 1:1
"Sumqayıt" – "Bakı" 0:1
"Turan" – "Sumqayıt" 1:0
"Sumqayıt" – AZAL 2:1
"Qarabağ" – "Sumqayıt" 1:2
"Simurq" – "Sumqayıt" 1:0
"Sumqayıt" – "Rəvan" 0:1
"Qəbələ" – "Sumqayıt" 3:1
"Sumqayıt" – "Kəpəz" 4:1
"Bakı" – "Sumqayıt" 1:0
"Sumqayıt" – "Turan" 1:0
AZAL – “Sumqayıt” 6:3
“Sumqayıt” – “Neftçi” 0:3
“İnter” – “Sumqayıt” 2:0
“Sumqayıt” – “Xəzər Lənkəran” 0:3

Final mərhələsi
“Sumqayıt” – “Rəvan” 0:1
“Kəpəz” – “Sumqayıt” 4:1
“Sumqayıt” – “Simurq” 1:2
“Sumqayıt” – “Turan” 1:1
AZAL – “Sumqayıt” 1:1
“Sumqayıt” – “Kəpəz” 2:0
“Simurq” – “Sumqayıt” 2:1
“Turan” – “Sumqayıt” 1:1
“Sumqayıt” – AZAL 1:0
“Rəvan” – “Sumqayıt” 3:2

Evdə      16    5    2    9      13-19    17
Səfərdə  16    1    4    11    14-33     7
Ümumi   32    6    6    20    27-52    24

“Sumqayıt”ın oyunlarında 55265 tamaşaçı
Sumqayıtda futbola böyük marağın olması hər dəfə öz təsdiqini tapır. Belə ki, yerli azarkeşlər sevimli komandaları autsayderlər sırasında qərarlaşsa belə yenə də dəstəkləyirlər, oyunlarına maraq göstərirlər. “Sumqayıt” başa çatan mövsümdə 3 fərqli stadionda qonaqlarını qəbul edib. Bunlar doğma meydanı olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, “Şəfa” və “Dalğa Arena”dır. "Sumqayıt"ın evdəki oyunlarında qeydə alınan tamaşaçıların ümumi sayı 22165 nəfərdir. Bu göstərici səfər qarşılaşmalarında 33100 nəfər olub. 2011/12 mövsümündə “Sumqayıt”ın iştirakı ilə keçirilən qarşılaşmaları 55265 tamaşaçı izləyib.

Evdə ən çox
"Sumqayıt" 1:2 "Qəbələ" (8000 tamaşaçı)

Evdə ən az
"Sumqayıt" 0:1 "Rəvan" (100 tamaşaçı)

Səfərdə ən çox
"Xəzər Lənkəran" 2:1 "Sumqayıt" (8000) tamaşaçı

Səfərdə ən az
AZAL – “Sumqayıt” 1:1 (200 tamaşaçı)

Rauf Cabbarovla 2 qələbə
Başa çatan mövsümdə 10 ədalət təmsilçisi “Sumqayıt”ın oyunlarını idarə edib. Gənclik şəhərinin komandasının oyunlarına ən çox təyinat alan hakim hərəyə 6 dəfə Rauf Cabbarovla Vüsal Əliyevdir. Maraqlıdır ki, “Sumqayıt” gənc hakimin fit səsləndirdiyi görüşlərdə aktivinə 7 xal yazdırmağı bacarıb. "Göy-ağlar" FİFA referisi Vüsal Əliyevin baş hakim olduğu 6 oyunda cəmi 1 xal qazanıb.

Baş hakimlər:
Rauf Cabbarov – 6 (+, +, =, -, -, -)
Vüsal Əliyev – 6 (=, -, -, -, -, -)
Rəhim Həsənov – 5 (+, =, -, -, -)
Anar Salmanov – 5 (+, -, -, -, -)
Əliyar Ağayev – 3 (=, -, -)
Elçin Məmmədov – 2 (+, =)
Elvin Əsgərov – 2 (-,-)
Rövşən Əhmədov – 1 (+)
Elnur Muradov – 1 (-)
Ceyhun Haşımov – 1 (=)

Baş hakimin köməkçiləri:
Elşən Acalov – 6
İsgəndər Əliyev – 6
Coşqun Həsənov – 5
İlham Əliyev – 4
Vaqif Musayev – 4
Aleksandr Musatkin – 4
Zeynal Zeynalov – 4
Azər Əsgərov – 4
Munis Abdullayev – 4
Elman Musayev – 3
Mehman Mahmudov – 3
Yaşar Abbasov – 3
Knyaz Əmiraslanov – 3
Nahid Əliyev – 3
Ramiz Əsədov – 2
Mübariz Haşımov – 2
Rza Məmmədov – 2
Rahil Ramazanov – 1
Habil Əliyev – 1

Dördüncu hakimlər:
Ramil Əhmədov – 6
Fuad Həsənov – 4
Rauf Cabbarov – 3
Alik Yunusov – 2
Orxan Məmmədov – 2
Anar Göyçayski – 2
Feyzulla Feyzullayev – 2
Əliyar Ağayev – 2
Tahir Əhmədov – 2
Elçin Məmmədov – 1
Ramil Diniyev – 1
Anar Salmanov – 1
Teymur Fərhadov – 1
Rəhim Həsənov – 1
Vüsal Əliyev – 1
Fərid Məmmədov – 1