16/05/2012

U-16 komandamız qələbə qazanıb


“Sumqayıt” Futbol Klubunun 16 yaşadək futbolçulardan ibarət komandası “Sərhədçi” İdman Kompleksinin stadionunda “Qarabağ”ı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızdan qolları Bayram Nuruzadə və Məhərrəm Hüseynzadə (2 qol) vurub.

U-17 komandamız isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Şahdağ”a 0:1 hesabı ilə məğlub olub.
«Coca-Cola U-13 Liqa»sında mübarizə aparan U-13 komandamız da final mərhələsində “Qarabağ”la görüşdən məğlub ayrılıb (0:1).