12/05/2012

"Sumqayıt" "Rəvan"a məğlub olub


“Rəvan” – “Sumqayıt” 3:2
12 may 2012. Saat 17:30.“Dalğa Arena” stadionu. 2000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Munis Abdullayev
Dördüncu hakim: Fuad Həsənov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Nüvər Xasıyev
Sarı vərəqələr: Nemanya Vidakoviç, 53 (qeyri-idman hərəkəti); Ekrem Hodziç, 61 (qeyri-idman hərəkəti) // Samir Abbasov, 35 (qeyri-idman hərəkəti); Murad Ağayev, 53 (qeyri-idman hərəkəti); Uğur Pamuk, 56 (hakimin qərarına etiraz)
Qollar: Taqim Novruzov, 32; 35; Nemanya Vidakoviç, 53 // Uğur Pamuk, 10; Orxan Əliyev, 26
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“Rəvan”
12. Davud Kərimi
4. Ekrem Hodziç
5. Natiq Kərimi
6. Taqim Novruzov
7. Elvin Musazadə
(90. Sergey Çernışev, dəq.83)
8. Tural Axundov (k)
10. Nemanya Vidakoviç
(22. Amid Hüseynov, dəq.90+1)
11. Şerif Suma
13. Fərid Həşimzadə
15. Tural Cəlilov
(21. Ceyhun Abdullayev, dəq.78)
17. Ramazan Abbasov

Ehtiyyat oyunçular
99. Murad Qənbərov
16. Fərrux Rəhimov
24. Hüseyn İsgəndərov
25. Ramil Nuriyev

Baş məşqçi: Bəhmən Həsənov

“Sumqayıt”
23. Andriy Popoviç
2. Slavik Alxasov
4. Samir Abbasov (k)
16. Hacı Əhmədov
52. Bədavi Hüseynov
25. Murad Ağayev
47. Abdulla Abatsiyev
(21. Murad Səttarlı, dəq.76)
19. Orxan Əliyev
76. Uğur Pamuk
91. Ruslan Qurbanov
(9. Orxan Həsənov, dəq.58)
11. Kamil Nurəhmədov
(50. Samir Abdulov, dəq68)

Ehtiyyat oyunçular
1. Emil Balayev
8. Emin Mustafayev
22. Ruslan Tağızadə
70. Şamil Camaləddinov

Baş məşqçi: Bernhard Raab

“Sumqayıt” Futbol Klubu mövsümün son oyununda “Dalğa Arena”da “Rəvan”a 3:2 hesabı ilə məğlub olub.

Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi:
“Futbolçularım oyuna yaxşı başladılar. Nəticə də var idi. Rəqibin qapısına iki qol vura bilmişdik. Komandam effektiv oyun nümayiş etdirirdi. Ancaq ilk 20 dəqiqədən sonra səhvlər buraxmağa başladıq. Ev tapşırıqlarını futbolçularım yerinə yetirə bilmədi, taktikanı meydanda əks etdirə bilmədilər. Qapımızdan buraxdığımız üçüncü qol da öz səhvimizdən oldu. Rəqib bizim səhvlərimizdən istifadə edə bildi. Hesabda 2:0 irəlidə olduğumuz oyunda qalib gəlməliydik. Ancaq futbolçularım bunu bacarmadı”.

Bəhmən Həsənov, “Rəvan” klubunun baş məşqçisi:
“Rəqibimizin itirəcək heç bir şeyi yox idi. Biz buna görə “Sumqayıt”dan çəkinirdik. Təəssüf ki, oyunun əvvəlində qapımızdan iki qol buraxdıq. Əzmkar qələbəyə görə futbolçularıma təşəkkür edirəm. “Sumqayıt” çox gözəl futbol oynayan komandadır. Çempionatda belə komandaların olması yaxşı haldır. Bu gün “Sumqayıt”ın məğlub olmasının əsas səbəbi təcrübəsizlik oldu”.