09/08/2011

Xəzər Lənkəran – Sumqayıt Şəhər protokol


Unibank Premyer Liqasının ilk turunda “Xəzər Lənkəran”ın qonağı olan debütant “Sumqayıt Şəhər” qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

 

"Xəzər Lənkəran"  "Sumqayıt Şəhər" 2:1

06 avqust 2011. Saat 20:00. Lənkəran şəhər stadionu. 8000 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: İlham Əliyev, Rahil Ramazanov
Dördüncu hakim: Elçin Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qollar: Emeka Opara, 33; Julius Vobay, 42 // Eşqin Quliyev, 84
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

 

“Xəzər Lənkəran”
1. Kamran Ağayev (k)
2. Elnur Allahverdiyev
7. Katalin Doman
8. Eder Bonfim
10. Elnur Abdullayev
(18. Alim Qurbanov, dəq.48)
11. Andrei Mureşan
14. Rahid Əmirquliyev
15. Emeka Opara
(3. Elvin Begiri, dəq.80)
16. Adrian Pit
81. Rikardo Qomes
84. Julius Vobay
(23. Şəhriyar Xəlilov, dəq.71)

Ehtiyat oyunçular:
85. Kamal Bayramov
42. Kamran Abdullazadə
44. Fikrət Ulduzlu
72. Elvin Mirzəyev

Baş məşqçi: Mirça Rednik

 

“Sumqayıt Şəhər”
55. Andrey Popoviç
4. Samir Abasov (k)
22. Ruslan Tağızadə
16. Hacı Əhmədov
2. Slavik Alxasov
11. Kamil Nurəhmədov
10. Eşqin Quliyev
19. Orxan Əliyev
(5. Ramil Nuriyev, dəq.90+1)
8. Emin Mustafayev
7. Rəşad Kərimov
(17. Aqil Məmmədov, dəq.61)
90. Eldar Məmmədov
(95. Ruslan Nəsirli, dəq.77)

Ehtiyat oyunçular:
1. Emil Balayev
77. Samir Yusifov
70. Şamil Camaləddinov
15. Aleksandr Qross

Baş məşqçi: Bernhard Raab

 

Bernhard Raab (“Sumqayıt Şəhər”in baş məşqçisi): “Xəzər Lənkəran”ın güclü komanda olduğunu əvvəlcədən bilirdik. Bu səbəbdən oyuna ciddi hazırlaşmışdıq. Premyer Liqada ilk qarşılaşmamız olduğuna baxmayaraq, uşaqlardan göstərdiyi oyundan razı qaldım. Növbəti qarşılaşmaya daha yaxşı hazırlaşacağıq”.

Mirça Rednik (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Bu oyunda qalib gəlməli idik, buna nail olduq. Heyətlə bağlı problem yaşayırıq. Oyuna bir hücumçu ilə çıxmışdıq. Tezliklə bir neçə futbolçunu heyətimizə cəlb edəcəyik. İlk hissədə oyunumuz yaxşı alındı. İkinci hissədə isə komanda nisbətən arxayınlaşdı”.