09/05/2012

Əvəzedicilər inamlı qələbə qazanıb


Əvəzedicilərin çempionatında sonuncu, XXXII turun oyunları keçirilib. “Sumqayıt” Futbol Klubunun əvəzedici komandası Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadiounda “Xəzər Lənkəran” üzərində 3:1 hesabı ilə qələbə qazanıb. Komandamızdan qolları, Ruslan Nəsirli, Bəxtiyar Həsənəlizadə və Ayaz Mehdiyev vurub. Bununla Vaqif Paşayevin rəhbərlik etdiyi əvəzedici komandamız çempionatı 8-ci pillədə başa vurub.

“Sumqayıt” – “Xəzər Lənkəran” 3:1
(Ruslan Nəsirli, 3; Bəxtiyar Həsənəlizadə, 20 (p.); Ayaz Mehdiyev, 29 // Kazım Kazımlı, 42)
Hakimlər: Xəlil Hüseynli, Rüfət Ələsgərov, İftixar Qəniyev, Qorxmaz Eldarov
Hakim-inspektor: Adil Ələsgərov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu