09/05/2012

Orxan Əliyev 2014-cü ilə qədər “Sumqayıt”da


Unibank Premyer Liqasının XXXII turu çərçivəsində səfərdə “Rəvan”la qarşılaşacaq “Sumqayıt” Orxan Əliyevlə müqaviləsini uzadıb. Yeni sazişə əsasən, 16 yaşlı futbolçu 2014-cü ilə qədər komandamızın şərəfini qoruyacaq.

Cari mövsümdə Premyer Liqada 4 qol vurub 1 qol ötürməsi edən Orxan Əliyev hazırda 19 yaşadək futbolçulardan ibarət milli komandanın şərəfini qoruyur.