06/05/2012

“Sumqayıt” AZAL üzərində əzmkar qələbə qazandı


Sumqayıt - AZAL 1:0
6 may 2012. Saat 17:30. “Dalğa Arena”stadionu. 135 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Coşqun Həsənov, Nahid Əliyev
Dördüncu hakim: Tahir Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Akif Məmmədov
Sarı vərəqələr: Abdulla Abatsıyev, 29 (qeyri-idman hərəkəti); Ruslan Tağızadə, 87 (rəqibi tutduğuna görə); Orxan Həsənov, 87 (qeyri-idman hərəkəti) // Ervin Bulku, 41 (qeyri-idman hərəkəti); Şəhriyar Rəhimov, 58 (rəqibə badalaq); Zohair Benouahi, 87 (qeyri-idman hərəkəti)
Qol: Orxan Həsənov, 83
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“Sumqayıt”
23. Andrey Popoviç
4. Samir Abbasov (k)
22. Ruslan Tağızadə
2. Slavik Alxasov
3. Tərlan Quliyev
25. Murad Ağayev
47. Abdulla Abatsiyev
(8. Emin Mustafayev, dəq.86)
19. Orxan Əliyev
76. Uğur Pamuk
91. Ruslan Qurbanov
(9. Orxan Həsənov, dəq.79)
11. Kamil Nurəhmədov
(21. Murad Səttarlı, dəq.65)

Ehtiyyat oyunçular
1. Emil Balayev
70. Şamil Camaləddinov

Baş məşqçi: Bernhard Raab

AZAL
1. Amil Ağacanov
2. Robert Petrov
3. Usim Nduka (k)
25. Tural Nərimanov
16. Branislav Arsenijeviç
13. Şəhriyar Rəhimov
8. Ervin Bulku
7. Tərlan Xəlilov
(10. Nuqzar Kvirtiya, dəq.61)
(15. Georgi Bogihu, dəq.83)
11. Zohair Benouahi
14. Orxan Səfiyarov
(9. Elşən Məmmədov, dəq.75)
23. Tales Şütz

Ehtiyat oyunçular:
85. Həsən Ağacanlı
6. Mindaugas Daunoraviçius
19. Hüseyn Axundov
21. Rasif Səfiyarov


Baş məşqçi: Vaqif Sadıqov

“Sumqayıt” Futbol Klubu Unibank Premyer Liqasının 31-ci turu çərçivəsində “Dalğa Arena”da AZAL üzərində əzmkar qələbə qazanıb. Komandamızın yeganə qoluna 83-cü dəqiqədə Orxan Həsənov imza atıb.

Bernhard Raab (“Sumqayıt” Futbol Klubunun baş məşqçisi): “Bu gün qələbə qazanmaq bizim üçün çox böyük önəm kəsb edirdi. Qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Futbolçularımdan razı qaldım. Mövsümün son oyununda da komandamdan qələbə və gözəl oyun gözləyirəm”.

Vaqif Sadıxov (AZAL klubunun baş məşqçisi): “Bu gün gözəl oyunun şahidi olduq. “Sumqayıt” həmişə oyunun sonuna kimi mübarizə aparan komandadır. Bu gün bir daha bunun şahidi olduq. İkinci hissənin əvvəllərindən bəlli oldu ki, ilk qolu kim vuracaqsa, qələbəni də həmin komanda qazanacaq. Bunu da “Sumqayıt” bacardı”.