06/09/2011

Üç futbolçumuz milliyə dəvət alıb


Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarına hazırlıq məqsədilə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 8-9 sentyabr tarixlərində Bakıda, sentyabrın 10-dan 22-dək isə Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçirəcək.

“Sumqayıt Şəhər”in üç futbolçusu – Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Camaləddinov millinin düşərgəsinə çağırılıb.