01/05/2012

Əvəzedicilər "Çevik"lə heç-heçə edib


Əvəzedicilərin çempionatında son turda "Turan"ı böyükhesabla məğlubiyyətə uğradan (4:1) "Sumqayıt" Futbol Klubunun əvəzedici komandası Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda həvəskarlar liqasında mübarizə aparan "Çevik"lə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Komandamızdan Aydın Qasımov penaltidən yararlanıb.