14/04/2020

"Sumqayıt" FK-nın 10 illik tarixindən maraqlı faktlar - №6


“Sumqayıt” FK-nın 10-cu ildönümü ilə əlaqədar olaraq “Yaxın keçmişə səyahət” rubrikasını davam etdiririk. 2011/2012 mövsümündən Premyer Liqada mübarizə aparan “Sumqayıt” FK-nın əsas komandasında 10 illik tarix ərzində ümumilikdə 12 qapıçının xidmətindən istifadə edilib. Bu illər ərzində komandamızın heyətində ən çox oyun keçirmiş qapıçı, milli komandamızın da üzvü olmuş Andrey Popoviçdir. 2011/12 və 2014/15 mövsümləri ərzində “Sumqayıt” FK-da çıxış etmiş 28 yaşlı qolkiper ümumilikdə 59 oyunda meydanda olub. Xatırladaq ki, sabiq qolkiperimiz hazırda Ukraynanın “Minay” komandasında çıxış edir.
Popoviçdən 8 oyun az keçirmiş Fərhad Vəliyev (51 oyun) bu siyahıda ikinci, hazırda komandamızın şərəfini qoruyan Mehdi Cənnətov isə üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, 2016/17 mövsümünün ikinci yarısında “Anji”dən komandamıza transfer olunan Cənnətov indiyə qədər “Sumqayıt” FK-nın heyətində 45 oyuna çıxıb.
Nəzərinizə çatdıraq ki, siyahıda yer alan 12 qapıçıdan üçü - Fərhad Vəliyev, Elçin Sadıqov və Sahil Kərimov artıq karyeralarını başa vurub.

Andrey Popoviç – 59
Fərhad Vəliyev – 51
Mehdi Cənnətov – 45
Səlahət Ağayev – 38
Şahrudin Məhəmmədəliyev – 33
Anar Nəzirov – 17
Tərlan Əhmədli – 11
Elçin Sadıqov – 8
Rəşad Əzizli – 7
Sahil Kərimov – 4
Anar Məhərrəmov – 2
Aydın Bayramov – 1