11/04/2020

"Sumqayıt" FK-nın 10 illik tarixindən maraqlı faktlar - №5


“Sumqayıt” FK-nın 10-cu ildönümü ilə əlaqədar olaraq “Yaxın keçmişə səyahət” rubrikasını davam etdiririk. Bu dəfə sizə 10 illik tariximiz ərzində “Sumqayıt” FK-nın heyətində ən çox 10 oyun keçirmiş futbolçu haqqında məlumat verəcəyik. Belə ki, 2013-cü ildən komandamızın şərəfini qoruyan Vurğun Hüseynov siyahıya başçılıq edir. Kapitanımız ümumilikdə “Sumqayıt” FK-nın heyətində 164 oyun keçirib. Ondan 4 oyun az keçirən, hazırda “Zirə”də çıxış edən Bəxtiyar Həsənalızadə (160 oyun) bu siyahıda 2-ci, hazırda “Keşlə”nin kapitan sarğısını daşıyan Slavik Alxasov (128 oyun) isə üçüncüdür. “İlk onluq”da yer alan və hazırda komandamızın şərəfini qoruyan digər futbolçular isə hücumçumuz Amil Yunanov və klubumuzun yetirməsi Xəyal Nəcəfovdur. Adıçəkilən futbolçular siyahıda müvafiq olaraq 91 oyunla 4-cü və 79 oyunla 9-cu sırada qərarlaşıblar.
“Sumqayıt” FK-nın heyətində 10 illik tarix ərzində ən çox oyun keçirmiş futbolçunun siyahısını Sizə təqdim edirik.

1. Vurğun Hüseynov – 164
2. Bəxtiyar Həsənalızadə - 160
3. Slavik Alxasov – 128
4. Amil Yunanov – 91
5. Aleksandr Çertoqanov – 85
6. Pərdis Fərcad-Azad – 84
7. Samir Abasov – 82
8. Murad Ağayev – 81
9. Xəyal Nəcəfov – 79
10. Uğur Pamuk – 78