09/04/2020

"Sumqayıt" FK-nın 10 illik tarixindən maraqlı faktlar - №4


“Sumqayıt” FK-nın 10-cu ildönümü ilə əlaqədar olaraq “Yaxın keçmişə səyahət” rubrikasını davam etdiririk. 2011/2012 mövsümündən Premyer Liqada mübarizə aparan “Sumqayıt” FK-nın ən sərrast futbolçusu Amil Yunanovdur. Klubumuzun tarixində ümumilikdə 91 oyuna çıxmış 27 yaşlı futbolçu 28 qolla klub tarixinin ən çox qol vuran futbolçusudur. Klubumuzun tarixində iki ən çox qol vuran futbolçular isə Pərdis Fərcad-Azad (22 qol) və Məhəmməd Qurbanovdur (20 qol).

Qeyd edək ki, bu günə qədər Premyer Liqada komandamızı 5 baş məşqçi çalışdırıb. 2011-2013-cü illərdə Berhard Raab, 2013-2015-ci illərdə Aqil Məmmədov, 2015-2018-ci illərdə Samir Abasov, 2018-19 mövsümünün 11-ci turunadək Nazim Süleymanov və hazırda komandamızın sükanı arxasında olan Ayxan Abbasov.