13/03/2020

Premyer Liqanın 20 və 21-ci turları təxirə salınıb


Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I Divizionun XX, Premyer Liqanın XXI, XXII turlarının təxirə salınması haqqında əmr imzalayıb. Əmrdə qeyd olunur:

Son günlər Koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və aparılan son müzakirələri rəhbər tutaraq

Ə M R      E D İ R Ə M :

I Divizionun XX, Premyer Liqanın XXI, XXII turları təxirə salınsın.

Bakı şəhəri, 13 mart 2020-ci il
PFL-in prezidenti: Ramin Musayev