12/03/2020

"Sumqayıt" - "Səbail" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək


Azərbaycan Premyer Liqasında 21-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" - "Səbail" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. Akif Əmirəli və Zeynal Zeynalov yan xətlərdə Ağayevə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Rəşad Əhmədov olacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Səbail" qarşılaşması 15 mart, saat 16:00-da "Kapital Bank Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, 21-ci tur
15 mart (bazar)

"Sumqayıt” – “Səbail”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Kapital Bank Arena”, 16:00 (CBC Sport, canlı)