07/03/2020

"Sumqayıt" FK səfərdə "Qəbələ" ilə qarşılaşıb


"Qəbələ" - "Sumqayıt" 5:0
7 mart 2020. Saat 16:00. Qəbələ şəhər stadionu, 250 tamaşaçı
Baş hakim:
Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Namiq Hüseynov
Dördüncü hakim: Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Merab Qiqauri, 33 (oyunun bərpasının ləngidilməsi); Nikolas Raysel, 59 (hakimin qərarına etiraz) // Vüqar Mustafayev, 23 (qeyri-idman hərəkəti); Şəhriyar Əliyev, 87 (qeyri-idman hərəkəti)
Qollar: Nikolas Raysel, 34, 89 (p.); Amin Seydiyev, 37; Rövlan Muradov, 52; İviça Juniç, 63
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 2 dəq.

“Qəbələ”
1. Anar Nəzirov (k)
8. Qismət Alıyev
11. Asif Məmmədov
28. Murad Musayev
3. İviça Zuniç
(4. Sadiq Quliyev, 65)
10. Klesio Bauk
77. Merab Qiqauri
21. Fernan Lopez
(7. Roman Hüseynov, 73)
32. Nikolas Raysel
19. Rövlan Muradov
(22. Rodriqo Qattas, 71)
2. Amin Seydiyev

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
5. Rasim Ramaldanov
14. Ülvi İsgəndərov
9. Ehtiram Şahverdiyev
12. Abdelrafik Jerar
17. Yaovi Akakpo
55. İdris İnqilablı

Baş məşqçi: Azər Bağırov


“Sumqayıt”
1. Mehdi Cənnətov
2. Rail Məlikov (k)
(9. Amil Yunanov, 46)
46. Aleksey İsayev
4. Şəhriyar Əliyev
14. Elvin Bədəlov
22. Sərtan Taşqın
6. Vüqar Mustafayev
90. Rəhim Sadıxov
10. Əmir Ağayev
(20. Rüfət Abdullazadə, 76)
8. Peyman Babayi
44. Elvin Cəfərquliyev
(18. Süleyman Əhmədov, 60)

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
97. Xəyal Nəcəfov
50. İlqar Qurbanov
88. Cavid Quliyev

Baş məşqçi: Ayxan Abbasov

Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib. "Sumqayıt" FK bu tur səfərdə "Qəbələ" ilə üz-üzə gəlib. Komandamız qarşılaşmadan məğlubiyyətlə ayrılıb (0:5).
Qeyd edək ki, "Sumqayıt" FK Premyer Liqanın 21-ci turunda "Səbail"i qəbul edəcək. 15 mart tarixində "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 16:00-da start götürəcək.