05/03/2020

"Qəbələ" - "Sumqayıt" qarşılaşmasını Rəhim Həsənov idarə edəcək


Azərbaycan Premyer Liqasında 20-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Qəbələ" - "Sumqayıt" qarşılaşmasını Rəhim Həsənov idarə edəcək. Namiq Hüseynov və Mübariz Haşımov yan xətlərdə Həsənova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Nicat İsmayıllı olacaq.
Bundan başqa, I Divizionun 18-ci turu çərçivəsində keçiriləcək olan "Sumqayıt-2" - "Keşlə-2" qarşılaşmasını isə Rəşad Əhmadov idarə edəcək.
Qeyd edək ki, "Qəbələ" – “Sumqayıt” qarşılaşması 7 mart, saat 16:00-da Qəbələ Şəhər Stadionunda, "Sumqayıt-2" - "Keşlə-2" qarşılaşması isə 6 mart, saat 14:00-da "Kapital Bank Arena"nın ehtiyat meydançasında baş tutacaq.

Azərbaycan Premyer Liqası, 20-ci tur
07 mart (şənbə)

“Qəbələ” – “Sumqayıt”
Hakimlər:
Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu, 16:00 (CBC Sport, canlı)

I Divizion, 18-ci tur
06 mart (cümə)

“Sumqayıt-2” – “Keşlə-2”
Hakimlər:
Rəşad Əhmədov, Cavanşir Yusifov, Zöhrab Abbasov, Səbuhi Bayramov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena” (ehtiyat meydança), 14:00