04/03/2020

Akademiya və Futzal Məktəbində məşqlərə fasilə verilib


Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə "Sumqayıt" Futbol Akademiyası və "Sumqayıt" Futzal Məktəbinin bütün məşqləri martın 10-dək ləğv olunub.