03/03/2020

“Sumqayıt” FK “Qəbələ” ilə oyunun hazırlıqlarına start verib


1 günlük istirahətin ardından məşqləri bərpa edən “Sumqayıt” FK bu gündən etibarən “Qəbələ” ilə oyunun hazırlıqlarında start verib. Komandamız baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında “Kapital Bank Arena”nın ehtiyat meydançasında məşqə çıxıb.
Fiziki gücün artırılması üçün yerinə yetirilən hərəkətlərlə başlayan məşqdə daha sonra müxtəlif toplu çalışmalar icra edilib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, “Qəbələ” – “Sumqayıt” qarşılaşması 7 mart, saat 16:00-da Qəbələ Şəhər Stadionunda keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.