02/03/2020

"Qəbələ" - "Sumqayıt" qarşılaşması 16:00-da start götürəcək


Azərbaycan Premyer Liqasında 20-ci turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu turda keçiriləcək "Qəbələ" - “Sumqayıt” oyunu martın 7-də Qəbələ Şəhər Stadionunda baş tutacaq və 16:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bundan başqa, I Divizionun 18-ci turu çərçivəsində keçiriləcək olan "Sumqayıt-2" - "Keşlə-2" matçı isə martın 6-da "Kapital Bank Arena"nın ehtiyat meydançasında keçiriləcək. Qarşılaşma saat 14:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası, 20-ci tur
7 mart (şənbə)

“Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu, 16:00 (CBC Sport, canlı)

I Divizion, 18-ci tur
6 mart (cümə)

“Sumqayıt-2” – “Keşlə-2”
“Kapital Bank Arena” (ehtiyat meydança), 14:00