27/02/2020

"Sumqayıt-2" səfərdə MOİK-lə qarşılaşıb


I Divizionda 17-ci turun oyunlarına start verilib. "Sumqayıt" FK-nın əvəzediciləri Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda MOİK-lə qarşılaşıb. Komandamız minimal hesabla məğlub olub (0:1).
Qeyd edək ki, Zaur Hidayətovun rəhbərlik etdiyi komanda növbəti turda "Keşlə-2" ilə qarşılaşacaq. 6 mart tarixində "Kapital Bank Arena"nın ehtiyat meydançasında keçiriləcək matç saat 14:00-da start götürəcək.

I Divizion, 17-ci tur
MOİK - "Sumqayıt-2" 1:0
Qol:
Ümid Şükürlü, 80.