26/02/2020

“Sumqayıt” FK-nın məşqində Xocalı soyqırımının qurbanları anılıb


1 günlük istirahətin ardından məşqləri bərpa edən “Sumqayıt” FK bu gündən etibarən “Keşlə” ilə qarşılaşmanın hazırlıqlarına start verilib. “Kapital Bank Arena”da məşqə çıxan komandamıza ilk öncə baş məşqçi Ayxan Abbasov tərəfindən fevralın 25-dən 26-na keçən gecə Xocalıdə törədilmiş soyqırımı haqqında tarixi məlumatlar verilib.
Daha sonra hazırlıq prosesi fiziki gücün artırılması və müxtəlif toplu çalışmalar yönündə olub. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, “Sumqayıt” – “Keşlə” qarşılaşması 29 fevral, saat 16:00-da “Kapital Bank Arena”da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.