24/02/2020

“Sumqayıt” FK-nın akademiyasından 3 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət


AFFA-nın aşağı yaş qrupları üzrə keçirdiyi liqalarda ötən həftə və həftə sonu növbəti turun oyunları keçirilib. “Sumqayıt” FK-nın akademiyası meydana çıxdığı qarşılaşmalarda 3 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət əldə edib. Qeyd edək ki, U-17, U-16 və U-12 komandalarımız həftəni qələbə ilə başa vurub. Nəticələri diqqətinizə çatdırırıq:

U-19 Liqası
“Qarabağ” – “Sumqayıt” 3:2
Qollar:
Tural Axverdiyev, Nihad Yaqubzadə.

U-17 Liqası
“Kəpəz” – “Sumqayıt” 0:3
Qollar:
Nurlan Bayramov, Rüstəm Hümbətov, Əjdər Hacılı.

U-16 Liqası
“Zirə” – “Sumqayıt” 1:2
Qollar:
Əjdər Hacılı, Sənan Ağayev.

U-14 Liqası
“Sumqayıt” – “Neftçi” İK 0:0

U-12 Liqası
“Sumqayıt” – “Keşlə” 1:0
Qol:
Əli Əhmədov

U-11 Liqası
“Sumqayıt” – “Keşlə” 0:4

U-10 Liqası
“Sumqayıt” – “Gənclik” 3:3
Qollar:
Mirzə Məmmədli (2), İsgəndər Əliyev.